- Köhnə - Hadisə
- 22 Aprel 2017 13:46
- 3 508
Avtomobilin təkərindən 5000 ədəd siqaret qutusu tapılıb
Rusiyadan gələn azərbaycanlının avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.
AzNews.az virtualaz.org saytına istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidməti xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasında Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.