Bu gün güclü külək nəticəsində aşan ağac yaşayış evinin üzərinə düşüb. Bu gün güclü külək nəticəsində aşan ağac yaşayış evinin üzərinə düşüb.

Ağac evin üzərinə aşdı - Evin bir hissəsi çökdü

Bu gün güclü külək nəticəsində aşan ağac yaşayış evinin üzərinə düşüb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmazın Qıraqlı kəndində qeydə alınıb. Qovaq ağacı aşaraq kənd sakini Səlim Hacıyeva məxsus yaşayış evinin üzərinə düşüb. Ev sahibləri hadisə zamanı evdə olublar. Ailə üzvləri xəsarət almasa da, evin bir hissəsi çöküb, əşyaları yararsız hala düşüb.

Faktla bağlı aidiyyatı qurumlar məlumatlandırılıb.

AzNews.az