Ağdaş rayonunda 11-ci sinif şagirdinin intihara cəhdinin təfərrüatları məlum olub. Ağdaş rayonunda 11-ci sinif şagirdinin intihara cəhdinin təfərrüatları məlum olub.

11-ci sinif şagirdinin intihara cəhdinin təfərrüatları- “Anasının istəyi ilə dərman içib”

Ağdaş rayonunda 11-ci sinif şagirdinin intihara cəhdinin təfərrüatları məlum olub.

Rayonun Orta Ləki kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Orxan Vaqifzadə haqqında yazılanlar həqiqəti əks etdirmir. Sakinlər bildirib ki, Orxan Vaqifzadə 11-ci sinif şagirdidir:

Bir neçə gün əvvəl o məktəbdə yıxılıb, qolu sınıb. Baş ağrıları olub, Orxan da dərman içib. Baxıb ki, atdığı dərman baş ağrılarına təsir etmir. Anasına deyib, sonra da ikinci dərmanı qəbul edib. Bundan sonra özünü pis hiss edib, ürəkbulanma, qusma halları yaranıb. Valideynləri də qorxub xəstəxanaya aparıb. Xəstəxanada sistem qoyulub, ondan sonra vəziyyəti yaxılaşıb.

Sakinlər Orxan Vaqifzadənin ali məktəbə hazırlaşdığını qeyd edib.

Ağdaşda intihara cəhd hadisəsi baş verib. Rayonun Ortaləki kənd sakini Orxan Vaqifzadə dərman preparatları qəbul edərək özünü öldürməyə cəhd etdiyi deyilir.

Bahar RÜSTƏMLİ

AzNews.az