İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə yol qəzası baş verib. İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə yol qəzası baş verib.

Ağır yol qəzası - Ər və arvad yaralandı

İmişli rayonunda 2 nəfərin xəsarət alması ilə yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaradonlu-Məzrəli ərazisində qeydə alınıb.

Belə ki, Məzrəli kənd sakini, 78 yaşlı Arzuman Əliş oğlu Nəsirov idarə etdiyi “Jiquli” markalı avtomobillə hərəkətdə olarkən digər avtomobillə toqquşub. Nəricədə “Jiquli”nin sürücüsü və avtomobildəki sərnişin, 73 yaşlı Tamella Əliş qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, T.Nəsirova A.Nəsirovun həyat yoldaşıdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az