Bakıda motosiklet sürücüsü qəza törədib, 1 nəfər ölüb. Bakıda motosiklet sürücüsü qəza törədib, 1 nəfər ölüb.

Motosiklet qəza törətdi - Ölən var

Bakıda motosiklet sürücüsü qəza törədib, 1 nəfər ölüb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonu ərazisində, Z.Bünyadov prospektində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Mustafayev Elçin Seymur oğlu motosikletlə yüksək sürətlə hərəkət edib. Onun idarəetməni itirməsi nəticəsində motosiklet aşıb. E.Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az