00:54
(077) 610-22-33

İlqar Məmmədov barəsində həbs qərarından apellyasiya şikayəti verilib

  • >
598 6 Fevral 2013 17:41 | Hadisə

Həbsdə olan "REAL" hərəkatının sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə olan məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib. F. Ağayev apellyasiya şikayətində həbs-qətimkan tədbirinin qanunsuz olduğu üçün ləğv olunması barədə tələb qoyulduğunu bildirib.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və "REAL" hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T.Yaqublu və İ.Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

AzNews.az
Bağla X