Abşeron yarmadasında yerləşən Lokbatan vulkanı püskürüb. Abşeron yarmadasında yerləşən Lokbatan vulkanı püskürüb.

"Bu son 200 il ərzində 25-ci püskürmə hadisəsidir"- Rəsmi

Abşeron yarmadasında yerləşən Lokbatan vulkanı püskürüb.

Bu barədə AzNews.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun kaferda müdiri Adil Əliyev məlumat verib. Onun sözlərinə görə, bu son 200 il ərzində 25-ci püskürmə hadisəsidir:

“Birinci püskürmə 1829-cu, son püskürmə isə 2012-ci ildə baş verib. Püskürmə səhər saatlarında baş verib. Hardasa 4 dəqiqə davam edib. 25-ci püskürmə çox zəif olub. Vulkanın hansı versiyada olması hələ hesablanmayıb.”

Adil Əliyev yer səthinə çıxan vulkan məhsulunun 2012-ci illə müqayisədə qat-qat az olduğunu vurğulayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az