Qəbələnin Tüntül kəndində səhər saatlarında yol qəzası baş verib. Qəbələnin Tüntül kəndində səhər saatlarında yol qəzası baş verib.

Avtomobil 7 yaşlı uşağı vurdu - Video

Qəbələnin Tüntül kəndində səhər saatlarında yol qəzası baş verib.

ARB Şəki xəbər verir ki, 7 yaşlı Yunisli Saleh Rauf oğlu məktəbə gedərkən Tüntül kənd sakini Məmmədov Asif Seyfulla oğlunun idarə etdiyi VAZ 2101 markalı avtomobil onu vurub. Qəza nəticəsində məktəbli maşının altında qalıb. Müxtəlif bədən xəsarətləri alan Saleh Yunisli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı Qəbələ rayon polis idarəsində araşdırma aparılır.

AzNews.az