Masallıda evində qətlə yetirilən qadının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. Masallıda evində qətlə yetirilən qadının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Massalıda meyiti tapılan qadının ölümünün təfərrüatları + Yenilənib

Masallıda evində qətlə yetirilən qadının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Rayonun Ərkivan kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Gülgəz İsmayılova tək yaşayırmış. Sakinlər qeyd edib ki, mərhum səhər saatlarında namaz qılmağa durarkən evində yıxılıb:

“Yıxılıb, başı çarpayıya dəyib. 74 yaşı var, yaşlı qadındır. Övladları hamısı ailəlidir. Onlar Gülgəz İsmayılovadan ayrı yaşayır. Hüquq-mühafizə orqanları araşdırma aparır.”

Masallıda 74 yaşlı qadın evində öldürülüb. Rayonun Ərkivan qəsəbəsində Gülgəz İsmayılovanın üzərində zorakılıq əlamətləri olan cəsədi aşkarlanıb.

Bahar RÜSTƏMLİ

AzNews.az

11:45

***

Masallıda evində meyiti tapılan yaşlı qadının qətlə yetirildiyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin regional şöbəsinə aparılan meyitin müayinəsi başa çatıb. Ekspertizanın nəticələrinə əsasən, qadının bədənində 3 bıçaq xəsarəti aşkarlanıb.

Onun boynundan asılı olan pul kisəsi və barmağından qızıl üzüyü çıxarılaraq, oğurlanıb. Faktla bağlı araşdırma davam edir, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.