Ötən il Azərbaycanda baş vermiş yanğln hadisələrində və yanğınlarda insan ölümünün sayı azalıb. Ötən il Azərbaycanda baş vermiş yanğln hadisələrində və yanğınlarda insan ölümünün sayı azalıb.

FHN: insan ölümünün sayı azalıb

Ötən il Azərbaycanda baş vermiş yanğln hadisələrində və yanğınlarda insan ölümünün sayı azalıb.


Bunu Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinin "Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən seminar-müşavirənin açılışında Xidmətin rəisi Elmar Hüseynov bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə uçota alınmış 2 340 yanğın hadisəsi baş vermişdisə, 2012-ci ildə FHN və onun müvafiq qurumlarının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində bu rəqəm 2 131-ə enib. O qeyd edib ki, 2011-ci ildə yanğınlar zamanı 66 insan həlak olmuşdursa, ötən il onların sayı 56 nəfər olub.

AzNews.az