Masallıda 74 yaşlı qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb. Masallıda 74 yaşlı qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Masallıda 74 yaşlı qadının qətlində şübhəli şəxs saxlanılıb- Qonşusu

Masallıda 74 yaşlı qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Ərkivan kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Gülgəz İsrafilovanın qonşusu Coşqun Qurbanov tərəfindən öldürüldüyü ehtimal olunur:

“Gülgəzin oğlanları Rusiyada yaşayır. Çoşqun Qurbanov düşünüb ki, Gülgəzin oğlanları ona pul göndərir. Yəni, evdə pul var. Qarət məqsədi ilə evə girib. Amma Gülgəz onu gördüyündən o, hadisəni ört-basdır etmək məqsədi ilə onu öldürüb.”

Masallıda Ərkivan qəsəbə sakini 74 yaşlı Gülgəz İsrafilova 3 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Bahar RÜSTƏMLİ

AzNews.az