17:57
(077) 610-22-33

9-cu sinif şagirdi özünü asdı- “Sevdiyi qıza görə”

  • >
1 383 6 May 2017 13:25 | Hadisə

Ağstafada 16 yaşlı məktəblinin ölümünün bəzi təfərrüatları məlum olub.

Sadıqlı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, intihar edən Hacıyev Fərid 9-cu sinif şagirdidir:

“Hadisə 3 gün bundan əvvəl baş verib. Fərid çox sakit təbiətli bir uşaqdır. Özü də ailənin tək oğludur. Onun ölümü ilə bağlı müxtəlif versiyalar var. Deyilər ki, guya sevdiyi qız olub, onunla nəsə problemi yaranıb. Bundan əlavə isə anası ilə aralarında söz-söhbət yaranıb. Dəqiq məlumat araşdırmadan sonra məlum olacaq. Anası kənd məktəbində müəllimədir. Özü də sakit, problemsiz bir xanımdır.”

Ağstafada Sadıqlı kənd sakini 2001-ci il təvəllüdlü Hacıyev Fərid Natiq oğlu yaşadığı evin bağında özünü ağacdan asaraq intihar edib.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X