03:51
(077) 610-22-33

3 yaşlı uşaq bıçaqlandı - Bakıda + Yenilənib

  • >
8 849 8 May 2017 16:46 | Hadisə

Bakıda bıçaqlandığı bildirilən 3 yaşlı uşağı başqa səbəbdən xəsarət aldığı məlum olub.

Üç yaşlı Ümid Cəbrayılovun anası Çiçək Cəbrayılova “Report”a açıqlamasında övladının üstünə çilçıraq (lüstur) düşdüyünü deyib: “Lüsturu yuyub paltar dolabının üstünə qoymuşdum. Ümid bacısı ilə oynayarkən dolaba toxunub. Nəticədə lüstur onun belinə düşüb. O, kürək nahiyəsindən xəsarət alıb”.

Hazırda uşağın vəziyyəti sabit orta-ağırdır.

Qeyd edək ki, Ü.Cəbrayılovla bağlı məlumatın “bıçaqlanma” kimi getməsinə səbəb onun yerləşdirildiyi xəstəxananın “Qeydiyyat kitabçası”nda qeydlərin səhv aparılması olub.

***

09:13

Bakıda 3 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Cəbrayılov Ümid Samir oğlu bel və kürək nahiyəsindən bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az

Bağla X