Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi döyülüb. Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi döyülüb.

“ARB” kanalının əməkdaşı həkimi döydü: "Yerindən qalxıb burnuna necə təpik vurdusa..."

Şəki Rayon Mərkəzi Xəstəxanasının həkimi döyülüb.

Bu barədə AzNews.az-a sözü gedən xəstəxanadan məlumat verilib. Məlumata görə, “ARB” kanalının əməkdaşı Mərdan Mustafayev xəstəxananın həkimi Nəsrullah Beydullayevi düyüb:

““ARB” kanalının “Ferma” verilişi var. Onların problemləri olanda həmişə Şəki Xəstəxanasına müraciət edirlər. Mərdan Mustafayev qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib. Xəstə özünü pis aparırdı, yardım etməyə imkan vermirdi. Nəsrullah həkim ona yardım etmək istəyəndə yerindən qalxıb onun burnuna zərbə ilə təpik vurdu. Həkim yerə yıxıldı, burnunun qanını saxlamaq olmurdu. Bir baxdıq ki, həkimin burnu sınıb. Tez hüquq-mühafizə orqanlarına xəbər verdik.”

Xəstəxanadan verilən məlumata görə, hadisə yerinə hüquq-mqhafizə orqanları gələnə kimi xəstə və yanındakı şəxslər xəstəxanadan qaçıb: “Polis gəldi, akt yazıldı. Mərdan xəstəxananın avadanlıqlarını sındırıb, stolu aşırıb, alətlərin çoxusu yerlə-yeksandır. Həkimin səhhəti bir az normaldır.”

Bahar RÜSTƏMLİ

AzNews.az