Tovuz rayonunda iki yaşlı uşaq yanıq xəsarətləri alıb. Tovuz rayonunda iki yaşlı uşaq yanıq xəsarətləri alıb.

İki yaşlı uşaq yandı - Tovuzda

Tovuz rayonunda iki yaşlı uşaq yanıq xəsarətləri alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əlibəyli kənd sakini, 2015-ci il təvəllüdlü Nağıyev Uğur Röyal oğlu bədənin müxtəlif hissələrinin yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, valideynlərinin gözündən yayınan 2 yaşlı Uğur üzərinə qaynar çay dağıdaraq yanıq xəsarəti alıb.

AzNews.az