Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanvar ayında mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanvar ayında mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.

Azərbaycanda 8 ədəd mina aşkarlanıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanvar ayında mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.



ANAMA-dan Trend-ə verilən məlumata görə, 2013-cü ilin yanvar ayı ərzində 2,293,167 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 1,469 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 216,585,066 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 677,639-dur.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
Ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.