Bakı Metropolitenində ölüm hadisəsi baş verib. Bakı Metropolitenində ölüm hadisəsi baş verib.

Bakı Metropolitenində ölüm

Bakı Metropolitenində ölüm hadisəsi baş verib.




Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, metronun "28 may" metrostansiyasının çıxışında orta yaşlarında bir kişi qəflətən ölüb.

Araşdırmalar zamanı onun 67 yaşlı Zakir Məmmədov olduğu məlum olub. İlkin ehtimala görə, kişinin ürəktutmasından öldüyü bildirilir.

Zakir Məmmədovun həmin stansiyanın çıxışında xırdavat satışı ilə məşğul olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

AzNews.az