19:57
(077) 610-22-33

Bakıda rüşvət almış məmur həbsxanada ölüb

  • >
299 7 Fevral 2013 15:12 | Hadisə

Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüm hadisəsi baş verib.



Lent.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 32.5-ci (cinayətdə iştirakçılıq) və 311.1-ci (rüşvət alma) maddələri ilə ittiham olunaraq 2011-ci ildə həbs edilən 1958-ci il təvəllüdlü Məbud Məmmədov ağır vəziyyətdə müəssisəyə gətirilib. Həkimlərin səyinə baxmayaraq, 55 yaşlı məhbusun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, dünyasını dəyişmiş M.Məmmədov uzun illər Suraxanı Rayon Hərbi Komissarlığında çalışıb. Komissarlığın məsul işçisi olan M.Məmmədov Respublika Hərbi Prokurorluğu tərəfindən başlanmış cinayət işi ilə əlaqədar məsuliyyətə cəlb edilib.

M.Məmmədovun xəstəlikdən öldüyü bildirilir. Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az
Bağla X