Valideynləri tərəfindən zorakılığa məruz qalan 5 yaşlı uşağın anası tapılıb. Valideynləri tərəfindən zorakılığa məruz qalan 5 yaşlı uşağın anası tapılıb.

Zorakılığa məruz qalan 5 yaşlı Yağmurun anası tapılıb

Valideynləri tərəfindən zorakılığa məruz qalan 5 yaşlı uşağın anası tapılıb.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib. Onun sözlərinə görə, 5 yaşlı Yağmurun anası Bakıda yaşayır:

“Ana tapılıb. Amma bu o demək deyil ki, biz açıb qucağımız Yamuru ona verəcəyik və deyəcəyik düz edib bu uşağı küçəyə atmısan. Bizdəki məlumata görə, Yağmur doğulandan onun-bunun yanında böyüyüb. Təhqiqat gedir. Onun anası hüquq-mühafizə orqanlarının iştirakı ilə dindiriləcək.”

Kamalə Ağazadə qeyd edib ki, çox ciddi məsələlər qaldırılacaq: “Yağmurun timsalında valideyin məsuliyyətsizliyininin şahidi olduq. Uşaq döyülüb, zorakılığa məruz qalıb. Ortada zərər var. Hətta bunu kənar şəxslər də etmiş olsa bunun məsuliyyətsizliyi valideyinin üzərindədir. Uşaq baxımsız qalmamalıdır ki, ona qarşı hər hansı zorakılıq hadisəsi həyata keçirilməsin.”

Bakıda valideynləri tərəfindən 5 yaşlı zorakılığa məruz qalıb. Yağmur adlı bu uşağı hüquq-mühafizə orqanları taparaq Azərbaycan Uşaqlar Birliyinə təhvil verib.

Bahar RÜSTƏMLİ

AzNews.az