Avstraliyanın yaxınlığındakı ada dövlət olan Papuada dəhşətli hadisə baş verib. Cadugərlik və falçılıqla məşğul olduğu bildirilən 20 yaşlı 2 uşaq anası diri-diri yandırılıb. Avstraliyanın yaxınlığındakı ada dövlət olan Papuada dəhşətli hadisə baş verib. Cadugərlik və falçılıqla məşğul olduğu bildirilən 20 yaşlı 2 uşaq anası diri-diri yandırılıb.

Falçı diri-diri yandırıldı

Avstraliyanın yaxınlığındakı ada dövlət olan Papuada dəhşətli hadisə baş verib. Cadugərlik və falçılıqla məşğul olduğu bildirilən 20 yaşlı 2 uşaq anası diri-diri yandırılıb.



Sərxoş qrup tərəfindən küçədə yüzlərlə insanın gözü qarşısında yandırılan qadın əvvəlcə ağır işgəncələrə məruz qalıb. Kepari Leniata adlı qadın soyundurularaq isti dəmirlərlə döyülüb, daha sonra üstünə benzin tökülərək maşın təkərləri ilə bərabər yandırılıb.

Polisin hadisədən xəbərdar olduğu, ancaq müdaxilə etmədiyi bildirilir. Polis rəisi Kaigio Ambane hadisəni qınayıb və araşdırma aparıldığını bildirib. Bununla belə rəsmi dairələr falçılıq və cadugərliklə məşğul olan qadınlara qarşı belə hərəkətlərə ölkədə zaman-zaman rast gəlindiyini açıqlayıblar.

Elnarə
AzNews.az