- Köhnə - Hadisə
- 15 May 2017 11:42
- 7 802
Bakı-Quba yolunda ağır qəza - Ana və qızı öldü + Yenilənib 2
Bu gün səhər saatlarında Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölən və yaralanan şəxslərin adları müəyyənləşib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəzada ölənlər Natəvan Hüseynova və onun qızı Aytəndir.
Xəsarət alan şəxslər isə Bakı şəhər sakinləri, 1991-ci il təvvəllüdlü Kənan Şükürov və 1992-ci il təvəllüdlü Afət Ağayevadır.
K. Şükürovun vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
***
11:24
Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
AzNews.az xəbər verir ki, məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 101-ci km, Siyəzən rayonu ərazisində “Changan” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər “Changan”markalı minik avtomobilində sıxılan vəziyyətdə qalan 1 nəfər yaralı və 2 nəfərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 9:00-da başa çatıb.
***
09:46
Bu gün səhər saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın 112-ci km-də, Siyəzən rayonu ərazisində nəqliyyat vasitəsinin aşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır, xəsarət alanlardan biri kişi, digər isə qadındır. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Fakt araşdırılır.
AzNews.az