03:06
(077) 610-22-33

Nərgiz Cəlilovanın keçmiş əri dünyasını dəyişib - Ədliyyə generalı olub

  • >
11 531 15 May 2017 12:19 | Hadisə

Rusiyanın keçmiş ədliyyə generalı İlqar Qasımov vəfat edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, əvvəllər Rusiyanın ədliyyə orqanlarında işləmiş ədliyyə general-leytenantı İlqar Əlihüseyn oğlu Qasımov mayın 13-də Bakıda dünyasını dəyişib.

Mərhum elə həmin gün Sabirabad rayonunun Cavad kəndində dəfn olunub. Qohumlarının bildirdiyinə görə, ürək ağrılarından əziyyət çəkən İ. Qasımov bir müddət əvvəl Gürcüstanda açıq ürək əməliyyatı keçirib.

Qeyd edək ki, əslən Sabirabad rayonundan olan İlqar Qasımov 1961-ci ildə Bakıda anadan olub. Uzun müddət Rusiyanın ədliyyə orqanlarında çalışıb. İki övladı - bir oğlu, bir qızı var. Mərhumun vaxtilə məşhur teleaparıcı Nərgiz Cəlilova ilə evli olduğu bildirilir.

AzNews.az

Bağla X