Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

27 yaşlı qadın əri tərəfindən bıçaqlandı - Bakıda

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə NZS qəsəbəsi, Aşıq Qurban küçəsi, ev 21-də qeydə alınıb.

Belə ki, 27 yaşlı Rəhimova Aynur Şöhrəddin qızı mübahisə zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. O, aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu hadisədən bir gün əvvəl A.Rəhimova əri tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib, müayinə olunduqdan sonra isə evə buraxılmışdı.

AzNews.az