Buzovna qəsəbəsində oğurluq hadisəsi olub. Buzovna qəsəbəsində oğurluq hadisəsi olub.

Fəhlə ev sahibinin maşınını qaçırdı - Bakıda

Buzovna qəsəbəsində oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, aprelin 29-da Bakı şəhər sakini İmran Muradov Xəzər RPİ 2-ci Polis Bölməsinə müraciət edərək həmin gün Buzovna qəsəbəsindəki evində fəhlə işləyən Şamaxı rayon sakini Vüqar Atakişiyevin onun mobil telefonunu oğurlamasını, həmçinin evinin qarşısında saxladığı "KİA" markalı avtomobili qaçırmasını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobil aprelin 30-da Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində tapılıb.

Xəzər RPİ 2-ci PB və Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini Vüqar Atakişiyev Sabirabad rayonu ərazisində tutulub.