17:19
(077) 610-22-33

15 yaşlı qız bədbəxt hadisə nəticəsində...

  • >
2 509 20 May 16:58 | Hadisə

Gəncə şəhərində 15 yaşlı qız pilləkəndən yıxılaraq ağır xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini, 2002-ci il təvəllüdlü Süleymanov Fidan Ərəbxan qızı yaşadığı fərdi evdə ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq ağır kəllə-beyin travması alıb.

Yaralı yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər yaralıya tibbi yardım göstərdikdən sonra onu travmatologiya şöbəsinə yerləşdiriblər. Hazırda xəstənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az

Bağla X