“5 gəncin həyatına son qoyan qəza hərtərəfli təhlil edilsə, çoxlu tipik məqamlar ortaya çıxır.” “5 gəncin həyatına son qoyan qəza hərtərəfli təhlil edilsə, çoxlu tipik məqamlar ortaya çıxır.”

5 tələbənin ölüm səbəbi: “Sükan arxasında 17 yaşlı gənc olub...”

“5 gəncin həyatına son qoyan qəza hərtərəfli təhlil edilsə, çoxlu tipik məqamlar ortaya çıxır.”

AzNews.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Bakı-Qazax yolunda ağır avtomobil qəzasını təhlil edərkən deyib. O, Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin bərbadlığını göstərən 6 məqamı xatırladıb:

1. Sükan arxasında 17 yşlı gənc olub (belə məlumat yayılıb). 17 yaşlı gəncin sürücülük hüququ ola bilməz.

2. Qəzanın xarakteri və gələn məlumatlar hədsiz yüksək sürətin olduğunu təsdiqləyir. Yollarımızda təkər üstündə uçmaq istəyənlər artmaqdadır və təəssüf ki, sürətin nə demək olduğunu anlayanlar çox azdır.

3. Hadisəni şərh edən heç kəs orada yola diqqət etmir. Amma fotodan aydın görünür ki, yolun kənarında dərhal xəndək başlayır. Belə yol dünyanın ən təhlükəli yolları sayılır, çünki yoldan çıxan avtomobilin sürücü və sərnişinlərinin sağ qalmaq şansı çox azdır. Belə xəndək omasa, avtomobil bir neçə dəfə yomalansa da, içərisində sağ qalmaq şansı yüksəkdir. Və ən başlıcası: yolların hər yerinə dəmir sədd düzənlər, bilməlidirlər ki, həmin sədd məhz belə yolun qırağında olmalıdır ki, taleyi ilə oynayan gəncə yaşamaq şansı qalsın.

4. Yolun həmin sahəsində belə xəndəyin, az da olsa döngənin, habelə enişin olmasına baxmayaraq, orada 110 KM/SAAT sürət qoyulub. Bu sürət əvvala qanunumuza ziddir, daha sonra nə kənarı xəndəkli yola, nə də orada maşın sürən təfəkkür qüsurlu insanlara uyğun deyil.

5. Qəzanı şərh edənlər avtomobilin təhlükəsizlik göstəricilərini, xüsusən təhlükəsizlik yastıqlarının açılmamasını da vurğulayırlar. Onlar da haqlıdırlar. Amma bir şeyi unutmayaq: Accent Hundayın aşağı sinif avtomobildir, onun təhlükəsizlik sistemi sinfinə uyğundur və məsələn, nə Sonata, nə də E sinif Mersedesdəki kimi ola bilməz. İkincisi də bu avtomobildə hansı təhlükəsizlik yastıqları olduğunu dəqiq bilmirik və şəxsən mən ehtimal edirəm ki, onda yalnız ön və yan zərbələr üçün (hətta ola bilər ki, yalnız ön) üçün yastıqlar var. Tam əminlikə deyirəm ki, avtomobil uçaraq idarəetmədən çıxıb hansısa maneəyə çırpılmadan dəfələrlə aşırsa, həmin yastıqlardan heç biri açılmır. Yastıqlar belə qəzaya hesablanmayıb. Şəkildən aydın görünür ki, avtomobil frontal zərbə almayıb, əsasən damı vəzilib ki, bu da dəfələrlə aşaraq xəndəyə düşmənin nəticəsidir.
Ekspert Azərbaycana gətirilən avtomobillərin təhlükəsizlik sisteminin və digər keyfiyyət göstəricilərinin dilerləri maraqlandırmadığına əmin olduğunu qeyd edib: “Ona görə də ən zay avtomobilərin bizə sırındığı da mümkündür...”

Mayın 20-də Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində ilkin məlumatlara görə, 5 nəfər ölüb.

Bahar RÜSTƏMLİ

AzNews.az