Lənkəranın Aşağı Nüvədi kənd sakini Davud Bağırzadənin evində qəribə hadisə baş verib. Lənkəranın Aşağı Nüvədi kənd sakini Davud Bağırzadənin evində qəribə hadisə baş verib.

“Ev öz-özünə yanır” - Lənkəranda qeyr-adi hadisə

Lənkəranın Aşağı Nüvədi kənd sakini Davud Bağırzadənin evində qəribə hadisə baş verib.

Bu ailənin evi öz-özünə yanır


ARB TV xəbər verir ki, ailə üzvlərinin sözlərinə görə evdə 4-5 gündür ki, ayrı-ayrı vaxtlarda 20-dən çox yanğın hadisəsi baş verib. Nəticədə xalça, pərdə, yataq dəsti və geyim əşyaları yanıb.

Ev sahibi məişət əşyalarını həyətə boşatlmaqla yanaşı, elektrik və qaz xəttlərini də ayırıb. Yanğınların qarşısını almaq hələ də mümkün olmayıb.

Zəbi Bağırov – Qonşu: “Bu tərəf yanandan sonra keçir o üzə. 3 ev, mətbəx hamısı yanır. Hələ bilinmir ki, nədəndir. Nəticəsini bilmirik”.

Çöldə gecələyən ailə üzvləri, yanğından vaxtında xəbər tutsunlar deyə gecələr növbə ilə keşik çəkirlər.

Şamama Bağırova – Sakin: “Üfunət iyi gələn kimi bilirik ki, yanğın var. Tez qaçıb görürük ki, od tutub yanır, söndürürük. Səhərə kimi də otururuq, yatmırıq. Növbə ilə qalırıq burda”.

Artıq bu hadisədən qonşular da olmağa başlayıb. Hadisə yerində olan FHN əməkdaşları, yanan əşyalardan nümunələr götürərək, ekspertizaya göndəriblər, yanğınların səbəbi araşdırılır.

AzNews.az