16:36
(077) 610-22-33

Kəbirə Məmmədovanın bacısının evində yanğın - Ölən var

  • >
4 946 24 May 2017 10:41 | Hadisə

Bakıda yaşayış evində baş verən yanğında xəsarət alan şəxs 5 gün sonra xəstəxanada ölüb.

Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 19-da Şağan qəsəbəsində Səbirə Məmmədovaya məxsus evdə yanğın baş verib. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, N. Cabbarov ötən gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Polisdən həmçinin bildirilib ki, S. Məmmədova sahibkar qadın Kəbirə Məmmədovanın bacısıdır.

AzNews.az

Bağla X