Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasında yanğın olub. Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasında yanğın olub.

Sumqayıtda bina yandı - 10 sakin təxliyə edildi

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasında yanğın olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 28 m2 sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 15:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.