İstanbul boğazında 2 gəmi toqquşdu: yaralılar var- VİDEO

Türkiyədə Qara dənizlə Mərmərə dənizini birlşdirən İstanbul (Bosfor) boğazında gəmi qəzası baş verib. Yerli mətbuatın yaydığı xəbərə görə, İstanbul şəhəri Qız qülləsinin (Kızkulesi) yaxınlığında əcnəbi yük gəmisi şəhərdaxili ictimai nəqliyyat vasitəsi olan İstanbul dəniz avtobusu (İDO) ilə toqquşub. Qəza nəticəsində 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır. /anspress/