Bakıda sərnişin avtobusu ağır qəza törədib. Bakıda sərnişin avtobusu ağır qəza törədib.

Avtobus qəza törətdi - Ölən var

Bakıda sərnişin avtobusu ağır qəza törədib.

Lent.az xəbər verir ki, Nizami rayonu Naxçıvanski küçəsində (26 saylı poliklinikanın qarşısı) 81 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olan "Daewoo" markalı, 10 TG 451 dövlət qeydiyyat nişanlı avtobus piyadanı vurub. Ağır xəsarət alan 40-45 yaşlı kişi hadisə yerində vəfat edib.

Hazırda ölən şəxsin kimliyi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

AzNews.az