Mingəçevir şəhərində üçüncü mərtəbədən düşən uşaq sağ qalıb. Mingəçevir şəhərində üçüncü mərtəbədən düşən uşaq sağ qalıb.

3-cü mərtəbədən düşən uşaq sağ qaldı

Mingəçevir şəhərində üçüncü mərtəbədən düşən uşaq sağ qalıb.

“Report” Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhəri Abdulla Şaiq küçəsində qeydə alınıb.

Belə ki, həmin binanın 27-ci mənzilində yaşayan, 2014-cü il təvəllüdlü Vüqar Vüsal oğlu Nağızadə ehtiyatsız davranaraq binanın üçüncü mərtəbəsindən yerə yıxılıb. Sol ayağında sınıqlar və üz nahiyyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyi nəticəsində V.Nağızadə sağ qalıb.

Hazırda uşağın vəziyyəti stabildir, müalicəsi davam edir.

AzNews.az