Sumqayıt Apellyasiya Məhkəməsində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Sumqayıt Apellyasiya Məhkəməsində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Məhkumu boğaraq öldürən şəxslərin cəzaları azaldılıb- Qusarda

Sumqayıt Apellyasiya Məhkəməsində keçmiş məhkumu boğaraq öldürməkdə təqsirləndirilən İmran Bədirov və Sadiq Əmiraslanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

AzNews.az "report"a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Bədirov və S.Əmiraslanovun apellyasiya şikayəti qismən təmin edilib, hər iki şəxs barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onların 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası 15 ilə endirilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində baş verib. Qusar şəhər sakini, əvvəllər məhkum olunan Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İ.Bədirov və S.Əmiraslanov tutulublar.

Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs) və 120.2.9-cu (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunublar.