Mingəçevir şəhərində oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub. Mingəçevir şəhərində oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub.

Mingəçevirdə qanlı hadisə - Oğul anasını öldürdü + Yenilənib

Mingəçevir şəhərində oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub.

"Report"un Şirvan bürosunun məlumatına görə, bu, 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovadır.

O, yaşadığı evdə qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarından "Report"un yerli bürosuna verilən məlumata görə, hadisənin qadının oğlu Nail Məhərrəmov tərəfindən törədildiyi ehtimal edilir.

***

20:48

Mingəçevir şəhərində yerli sakin anasını qətlə yetirib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin Xətai küçəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az