İraqda terror: 36 ölü, 100 yaralı

İraqın paytaxtı Bağdad və Babil vilayətində növbəti dəfə terror aktları baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş vermiş hadisə nəticəsində 36 nəfər ölüb, 100 nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarından verilən açıqlamada qeyd olunur ki, hadisələrdən biri nəqliyyat intensiv hərəkət etdiyi prospektdə, digəri isə baza yaxınlığında təşkil edilib. Verilən açıqlamada o da qeyd olunur ki, terror aktları şiələrin sıx yaşadığı ərazilərdə baş verib.