- Köhnə - Hadisə
- 29 May 2017 10:52
- 3 417
Bir ay əvvəl ailə qurmuş gənc avtomobil qəzasında ölüb- Abşeronda
Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən yol qəzası baş verib.
AzNews.az "Report"a istinadən xəbər verir ki, hadisə yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Xırdalan şəhərində 1990-cı il təvəllüdlü Məmmədov Sahil Əfsər oğlu idarə etdiyi 90-EH-176 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə dəmir arakəsməyə çırpılan avtomobil aşıb. Sürücü S.Məmmədov ölüb, onun sərnişini 1990-cı il təvəllüdlü Əliyev Aydın İlqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alan sərnişin A.Əliyev ölən sürücünün qaynıdır. Qəza nəticəsində ölən S.Məmmədov 1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.
Faktla bağlı araşdırma aparılır.