Daxili İşlər Nazirliyi ötən gün Xırdalanda baş verən qəza ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyi ötən gün Xırdalanda baş verən qəza ilə bağlı məlumat yayıb.

Xırdalanda baş verən qəzanın təfərrüatları- VİDEO

Daxili İşlər Nazirliyi ötən gün Xırdalanda baş verən qəza ilə bağlı məlumat yayıb.

AzNews.az Nazirliy istinadən xəbər verir ki, mayın 28-də saat 15 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Sahil Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Bakı şəhər sakini Elvin Məmmədova məxsus olması və mayın 28-də Nizami rayonu ərazisindəki avtomobil təmir sexlərindən birindən orada işləyən Sahil Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Qəza nəticəsində həlak olan Sahil Məmmədov 1 ay əvvəl ailə qurubmuş.