Şəkidə iki nəfəri it dişləyib. Şəkidə iki nəfəri it dişləyib.

Bu gün iki nəfəri it dişlədi

Şəkidə iki nəfəri it dişləyib.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün rayonun Əliyar kənd sakini, 1964-cü il təvəllüdlü Hünbət Mirzəxan oğlu Məmmədov və Çeşməli kənd sakini, 1954-cü il təvəllüdlü Ramazan Əşrəf oğlu Şahmərdanov it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olublar.

Məlum olub ki, Hünbət Məmmədovu yaşadığı ünvanda öz itləri sağ əlindən, Ramazan Şahmərdanovu isə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyib. Hər iki şəxsə müvafiq tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

AzNews.az