23:43
(077) 610-22-33

İcra Hakimiyyətindən 5 kondisioner oğurlanıb

  • >
1 917 30 May 2017 13:24 | Hadisə

Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasından oğurluq olub.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, 2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin (köhnə) inzibati binasından 5 ədəd kondisioner oğurlanıb.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub. Ətrafında aparılan tədbirlərlə onun carı ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

AzNews.az

Bağla X