“Fevral ayının sonunadək Abşeron yarımadasındakı atların identifikasiyası başa çatacaq. “Fevral ayının sonunadək Abşeron yarımadasındakı atların identifikasiyası başa çatacaq.

Atların da pasportu olacaq

“Fevral ayının sonunadək Abşeron yarımadasındakı atların identifikasiyası başa çatacaq.


Bunun ardınca həmin atların pasportları hazırlanacaq". APA-nın məlumatına görə, bunu Azərbaycan Atçılıq Federasiyasının (AAF) baş katibi Bəhruz Nəbiyev bu gün rəhbərlik etdiyi qurumun 2012-ci ildəki fəaliyyətinə dair hesabat tədbirində bildirib.

O qeyd edib ki, artıq həmin pasportun nümunələri təsdiq olunmaq üçün Beynəlxalq Atçılıq Federasiyasına göndərilib. Bundan sonra Abşeron yarımadası ərazisindəki atların xaricə ixracı maneəsiz olacaq: "Ölkədən atların ixracı və Avropadan Azərbaycana at gətirilməsi məsələsində müəyyən problemlər mövcuddur. AAF bu məsələni dəfələrlə qaldırsa da, problem həllini tapmayıb".

Federasiya rəsmisi deyib ki, hazırda ölkə ərazisindəki atların DNT təhlilləri də aparılır.


AzNews.az