Cəbhədə Ermənistan Ordusunun bir hərbçisi öldürülüb

Cəbhə xəttində Ermənistan Ordusunun bir hərbçisi öldürülüb. APA-nın bildirdiyinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə bu gün saat 09:05-də Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq sahəsində baş verib. Atəşkəsin pozulması zamanı Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunda müqavilə əsasında xidmət keçən 1976-cı il təvəllüdlü Mqer Yeqşatyan adlı hərbi qulluqçu öldürülüb.

Qeyd edək ki, fevral ayının ilk günlərindən Ermənistan Ordusu tərəfindən cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin pozulması halları artıb.

AzNews.az