Avtobus təcili yardım maşını ilə toqquşdu

Bakıda marşrut avtobusu təcili tibbi yardım maşını ilə toqquşub.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 46 saylı xətt avtobusu təcili tibbi yardım maşını ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.