Milli Elmlər Akademiyasının prezidenti vəfat etdi

Azərbaycan elminə böyük itki üz verib. Modern.az saytının xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, fizika-riyaziyyat elmləri doktoru, akademik Mahmud Kərimov bu gün ürəktutmasından dünyasını dəyişib. Türkiyədə vəfat edən M.Kərimovun cənazəsi artıq Bakıya gətirilib.

Qeyd edək ki, Mahmud Kərimov 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postunu tuturdu.

M.Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olub. 1966 - 1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 1979-cu ildə fizika-riyaziyyat elmləri namizədi, 1989-cu il fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb. 2001-ci il Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

O, 1973 - 1974-cü illərdə Milli Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis, 1974-cü ildən sonra AMEA-nın Radiasiya tədqiqatlar sektorunda müxtəlif vəzifələr tutub.

2001-ci ildən Azərbaycan Elmlər Akademiyasının prezidenti idi. Bir oğlu, bir qızı var.