14-cü mərtəbədən yıxılan gənc oğlan öldü 14-cü mərtəbədən yıxılan gənc oğlan öldü

Oğlan özünü 14-cü mərtəbədən atdı

14-cü mərtəbədən yıxılan gənc oğlan öldü



Fevralın 10-da Bakı şəhərinin Xətai rayonu ərazisində faciəvi hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xudu Məmmədov küçəsi 29/42D ünvanında "Stil" tikinti şirkəti tərəfindən tikilən binada fəhlə hündürlükdən yıxılıb. Tikinti şirkətində çalışan Cəlilabad rayon sakini 1992-ci il təvəllüdlü Fərəcov Şöhlət Rafil oğlu binanın 14-cü mərtəbəsindən lift şaxtasına yıxılıb və hadisə yerindəcə keçinib.

Bakıya işləməyə gəlmiş gənc Abşeron rayonunun Masazır qəsəbəsində kirayə yaşayırmış.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.

AzNews.az