00:35
(077) 610-22-33

Qəzaya uğrayan helikopterlə bağlı EKSKLÜZİV məlumat- Yenilənib

  • >
286 11 Fevral 2013 13:15 | Hadisə

BİR NƏFƏRİN CƏSƏDİ TAPILDI



Azərbaycan Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı növbəti məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.

Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

***

Belə ki, helikopterin hərbi hava qüvvələrinə məxsus olduğu bildirilir. Artıq 1 nəfərin cəsədinin dənizdən çıxarıldığı da AzNews.az-a daxil olan məlumatlar arasındadır.

Qəzanın baş vermə səbəbi kimi ilkin versiyada havanın dumanlı olması göstərilirdi. Ancaq qəza ərazisində üzən buruqlardan birinin aşması qəzanın məhz həmin buruqla toqquşma nəticəsində yarandığı təxminini ortaya çıxarıb.

***

Bakıda hərbi helikopter dənizə düşüb

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, helikopter Şıxov tərəfdə dənizə düşüb. Hazırda FHN-nin xilasediciləri hadisə yerindədir.
Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.



AzNews.az
Bağla X