Bakıda Dövlət Yol Polisinin çavuşunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb Bakıda Dövlət Yol Polisinin çavuşunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb

Polis çavuşu piyadanı öldürdü

Bakıda Dövlət Yol Polisinin çavuşunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb


Xətai rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 9-da saat 19:10-da Nobel prospektində qeydə alınıb.
Xətai rayon polis şöbəsinin inspektoru, polis çavuşu Xəlilov Emin Rafel olduğu xidmətdə olduğu zaman idarə etdiyi Bakı Şəhər Dövlət Yol Polisinə məxsus "10-YP-582" dövlət nömrə nişanlı "BMW" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Elxan Həsənovu vurub.

Xəsarət alan piyada Həsənov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə iş başlanılıb.

AzNews.az