Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aeroport yolunda avtomobil qəzası - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, ötən gecə aeroport yolunda Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ziya Fərmayıl oğlu Tarverdiyev idarə etdiyi “Audi” markalı, 99 HL 277 dövlət nömrə nişanlı avtomobillə yolu keçən 1987-ci il təvəllüdlü Samit Qulam oğlu Fərzəliyevi vurub.

Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az