Bakıda fevralın 11-də qəzaya uğramış hərbi helikopterin 3-cü zabiti Yaşar Əhmədovun axtarışları bu gün də davam edir Bakıda fevralın 11-də qəzaya uğramış hərbi helikopterin 3-cü zabiti Yaşar Əhmədovun axtarışları bu gün də davam edir

3-cü zabitinin axtarışları davam edir

Bakıda fevralın 11-də qəzaya uğramış hərbi helikopterin 3-cü zabiti Yaşar Əhmədovun axtarışları bu gün də davam edir



Bu barədə Trend-in hadisə yerində olan müxbiri məlumat verir.

Əməliyyata xilasedicilər və FHN-nin katerləri, həmçinin Müdafiə Nazirliyinin texnikası, təcili tibbi yardım briqadaları cəlb edilib.
Xilasedicilər helikopterin kabinəsini tapıblar və yaxın zamanda o çıxarılacaq.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi bildiriblər ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Hərbi mənbədən bildirilib ki, Xəzər dənizinə düşən "Mİ-17" markalı helikopter olub.
FHN-in yaydığı məlumata görə, 11.02.2013-cü il saat 10:30 radələrində Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 metr məsafədə Xəzər dənizinə düşmüş helikopterin və heyət üzvlərinin axtarış-xilasetmə əməliyyatına cəlb olunmuş Fövqəladə Hallar

Nazirliyinin dalğıc xilasediciləri tərəfindən görülmüş tədbirlər nəticəsində helikopterin dənizə düşdüyü yer aşkar olunub.

AzNews.az