Masallı rayon sakini avtomobil idarə edərkən qəflətən vəfat edib. Masallı rayon sakini avtomobil idarə edərkən qəflətən vəfat edib.

Sükan arxasında öldü

Masallı rayon sakini avtomobil idarə edərkən qəflətən vəfat edib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı-Ərkivan yolunda qeydə alınıb. Ərkivan qəsəbə sakini, 1952-ci il təvəllüdlü Kamal Nurullayev şəxsi avtomaşınını idarə edərkən ürəyində kəskin ağrılar yaranıb.

Yaxınlıqdakı şəxslər təcili tibbi yardıma zəng vursalar da, onlar gələnə qədər K. Nurullayev dünyasını dəyişib.

AzNews.az