Lənkəranda intihar olub. Lənkəranda intihar olub.

64 yaşlı kişi özünü tut ağacından asdı

Lənkəranda intihar olub.

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Nərimanabad kənd sakini, 1953-cü il təvəllüdlü Maqsud Həsən oğlu Əliyev yaşadığı evin həyətindəki tut ağacından özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az